Asim Xudiyev Avroliqaya təyinat alıb
6 iyul 2015 11:00
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 9-da Sarayevo şəhərindəki "Asim Ferhatoviç Hase" stadionunda keçiriləcək "Zeljezniçar" (Bosnoya və Herseqovina) - "Balzan" (Malta) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.