Ruslan Qurbanov: Ona öz oyununu tapmaq üçün vaxt lazımdır
6 iyul 2015 00:35
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə ilk qarşılaşmada (2:2) alışmadığı mövqedə oynadığını bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şəxsən mənim üçün hansı mövqedə oynamağın ciddi fərqi yoxdur. Baş məşqçi haraya qoysa, orada da oynamağa hazıram. Əlbəttə, "Mladost"la oyunda bir qədər alışmadığım mövqedə çıxış etdim. Çünki daha çox cinahlarda çıxış edirdim. Lakin çalışdım ki, faydalı olum. Məhəmməd Qurbanova isə öz oyununu tapmaq üçün vaxt lazımdır. Bu, onun hələ ilk rəsmi oyunu idi".