Martin Boqatinov Neftçi ilə Bakıya gəlməməsinin səbəbini açıqladı
"Neftçi"nin Avstriya toplanışında baxışda olmuş makedoniyalı qapıçı Martin Boqatinov komanda ilə birgə Bakıya gəlməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avstriya toplanışında hər şey yaxşı idi. Mən özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Fikrimcə, məşqçilər korpusunun xoşuna gəldim. Amma viza problemi üzündən Bakıya gələ bilmədim. İndi klub və menecerim bu problemin həlli ilə məşğuldur. Azərbaycan mətbuatında oxudum ki, məşqçilərin xoşuna gəlmədiyimə görə, bu kluba keçidim alınmayıb. Amma bu, düz deyil. Danışıqlar hələ davam edir. Bakıya gəlməyimə də yalnız viza problemləri mane oldu. Danışılası başqa məqamlar da var. Hər şey alınsa, "Neftçi" ilə müqavilə imzalayacağam, əks halda başqa kluba keçəcəyəm. Variantlar var. Lakin "Neftçi"də qalmaq istərdim".