Erat oynadı, Fortuna 6 qol vurdu
5 iyul 2015 13:00
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Düsseldorf klubu Oberliqa təmsilçisi "Zalmror"la qarşılaşıb.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi komanda bu görüşdə 6:0 hesabıyla qalib gəlib. Millimizin üzvü yenə də birinci hissədə meydanda olub və müdafiənin sağında oynayıb.