Duşan Laqator: Neftçi ilə cavab matçı çətin olacaq
4 iyul 2015 14:40
Çernoqoriyanın "Mladost" klubunun yarımmüdafiəçisi Duşan Laqator Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Oyun doğrudan da çətin, çox sürətli alındı. "Neftçi" yaxşı komandadır, sürətli gənclərdən, eləcə də təcrübəli futbolçulardan qurulub. Yaxşı ki, biz bu komanda ilə səfər oyununda sərfəli nəticəyə imza ata bildik. Əlbəttə, cavab oyununun çətin keçəcəyini bilirik. Rəqib Podqoritsada bizə müqavimət göstərməyə çalışacaq. Amma mən komandamıza inanıram".