Mladost Neftçi ilə cavab matçına itki ilə çıxa bilər
4 iyul 2015 14:20
Çernoqoriyanın "Mladost" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab matçına ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb Bakıdakı ilk oyunda vurulan qollardan birinin müəllifi - Duşan Laqatanın zədələnməsidir.
Lakin hələlik, onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Laqatanın iyulun 9-da keçiriləcək cavab görüşündə meydana çıxıb-çıxmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.