Arif Əsədov: Mladost Neftçi ilə müqayisədə daha şanslı görünür
"Neftçi"nin baş məşqçisi Arif Əsədov bu komandanın Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçirdiyi ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
"Komandada çox dəyişiklik olub. Uşaqlarda böyük istək vardı. Amma hazırlıq üçün vaxt az idi. Bunları nəzərə alsaq, "Neftçi" heç də pis təsir bağışlamadı. Rəqib daha təcrübəli komanda təsiri bağışladı. Fikrimcə, "Mladost" bu heç-heçəyə məhz təcrübəsi sayəsində nail oldu. Cavab oyunu öncəsi Çernoqoriya klubunun şansları daha yüksəkdir. Hazırda üstünlük 60-ın 40-a rəqibin tərəfindədir. Amma komandamız üçün hələ heç nə itirilməyib. Rəqib öz meydanındakı oyuna bir qədər arxayın çıxa bilər. Çünki ilk oyunda "Neftçi"nin heyətində çoxlu gənc futbolçu var idi. Meydan sahiblərinin bu arxayınlığından yararlanmaq lazımdır".