Qəbələyə keçidi alınmayan futbolçu öldü
4 iyul 2015 12:00
Çinin “Çindao Hayno” klubunun serbiyalı yarımmüdafiəçisi Qoran Qoqiç dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, futbolçu məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.
29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 2014-cü ildə “Srvena Zvezda”nın heyətində Serbiya çempionu olub və ötən mövsümdən Çin klubunda çıxış edirdi.
Qeyd edək ki, yarımmüdafiəçi 2013-cü ildə “Qəbələ”də baxışda olsa da, bəyənilməyərək, geri göndərilmişdi.