Əfran İsmayılov: İstisna deyil ki, sonda xaricdə oynamağa üstünlük verim
3 iyul 2015 18:15
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov xaricdə oynamaq ehtimalının yüksək olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Karyeramı davam etdirmək üçün iki variantım var. Hər ikisi ilə danışıqları paralel olaraq davam etdirirəm. Beş gün düşünmək üçün vaxt götürmüşəm. İstisna deyil ki, sonda xaricdə oynayım".