Abdullayev: Namizədliyim təsdiqlənsə, maksimum faydalı olmağa çalışacağam
3 iyul 2015 17:15
Əsgər Abdullayev AFFA-nın Məşqçilər Komitəsinə namizədliyinin verilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim bundan xəbərim yox idi. Çünki AFFA-nın rəsmi saytını izləmirəm. Sevindirici xəbərdir. Namizədliyimi təsdiqləsələr, maksimum faydalı olmağa çalışacağam. AFFA rəhbərliyinə və Məşqçilər Komitəsinin üzvlərinə bu etimadlarına görə təşəkkürümü bildirirəm".