Georgi Nikolov: Hər bir futbolçunun pulunu tələb etmək haqqıdır
3 iyul 2015 14:30
"İnter"in prezidenti Georgi Nikolov komandanın sabiq futbolçularına olan borclarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər bir futbolçunun öz pulunu tələb etməyə haqqı var. Bizim bir sıra futbolçuya borcumuz var. Amma bu gün biz köhnə borcları ödəyəcək gücdə deyilik. Bu borcları nə vaxt ödəyəcəyimizi hələ dəqiq söyləyə bilmirəm".
Qeyd edək ki, "bankirlər"in sabiq yarımmüdafiəçisi Əfran İsmayılov bəyan edib ki, klub borcu ödəməsə, FİFA-ya şikayət edəcək.