Prosineçki izlədi, Qarabağ Stayua ilə matç öncəsi son məşqini etdi
3 iyul 2015 13:45
"Qarabağ" Avstriyada təlim-məşq toplanışına davam edir. Azerisport.az xəbər verir ki, 1 günlük istirahətin ardından komanda ötən günü 2 məşqlə keçirib.
Günün ilk çalışması fitnes zalında baş tutub. Yerli vaxtla 11:00-da başlayan çalışma 1 saat davam edib. Günün 2-ci məşqi 20:00-da (Azərbaycan vaxtıyla 23:00) baş tutub. Taktiki-texniki hazırlıq üzərində qurulan məşq 90 dəqiqə davam edib. Qeyd etdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də məşqi izləyənlər arasında olub.
Bu gün "Qarabağ"ın növbəti yoxlama oyunu baş tutacaq. Ağdam klubu Ruminiya "Styaua"sı ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 20:30-da start götürəcək.