Neftçinin yetirməsi tarixə düşdü
3 iyul 2015 12:45
"Neftçi"nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı keçirdiyi ilk matçda meydana çıxmış 14 futbolçunun (11 əsas və 3 əvəzetmə) ümumilikdə orta yaş həddi 22 olub. Azerisport.az xəbər verir ki, bununla yanaşı Kamal Qurbanov 21 yaşında "Neftçi"nin heyətində ilk rəsmi oyununa çıxaraq avrokuboklarda qol vurmuş gənc futbolçu kimi tarixə düşüb.