Hüseynov: Uşaq səhvlərindən qollar buraxmaq çox üzücüdür
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Bilirdik ki, rəqib ilk dəqiqələrdən hücum futbolu sərgiləyəcək. İkinci hissədə çox zəif çıxış etdik. Komanda uzun müddət özünə gələ bilmədi. Biz yalnız rəqib azlıqda qalandan sonra təzyiqi artırmağa başladıq. Amma yenə də oyunumuz getmədi. Xüsusilə, hücumdakı çıxışımız istədiyimiz kimi alınmırdı. Artıq şanslar əllinin əlliyədir. Öz meydanımızda fərqli oynayacağıq. İnanıram ki, mərhələ keçə biləcəyik. Məğlubiyyətə görə vurduğum qolu bayram edə bilmərəmm. Uşaq səhvlərindən qollar buraxmaq çox üzücüdür".