Zaur Svanadze: Nəticəni normal hesab edirəm
3 iyul 2015 01:05
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Birinci hissədə bizə bir qədər çətin oldu. Amma ikinci yarıda uşaqlar yaxşı oynadılar, daha az səhv buraxdılar. Komandamız bir qədər gec toparlandı. Çatışmazlıqlarımız bu oyunda da hiss olunurdu. Ona görə də matçın nəticəsini normal hesab edirəm. Cavab görüşündə daha yaxşı oynamağa və bizim üçün lazımlı nəticəni qazanmağa çalışacağıq".