Məhəmməd Qurbanov: Neftçi Mladostdan daha yaxşı komandadır
3 iyul 2015 00:25
"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Biz daha çox hücum etdik, daha çox qol vəziyyəti yaratdıq. Mənasız qol buraxdıq. Biz "Mladost"dan daha yaxşıyıq. Qələbə qazanmağımıza azacıq nəsə çatmadı".