Zaur Axundov: Hədəfimiz qrup qalibi olmaqdır
2 iyul 2015 20:00
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov DÇ-2016-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşkün nəticəsindən razı qalmaq olar. Baxmayaraq ki, Xorvatiya da, Belarus da təhlükəli rəqibdir. Xorvatlar bizim üçün prinsipial rəqib sayıla bilər. Ona görə də onlarla görüşlərimiz gərgin keçir. Amma püşkü pis adlandırmaq olmaz. Çünki Portuqaliya və İtaliya ilə də düşə bilərdik. Hədəfimiz qrupda birinci olmaqdır. Minimum vəzifə isə ikinci yeri tutmaq olacaq. Hazırda isə bizi daha çox sentyabrda keçiriləcək AÇ-nin Slovakiyaya qarşı pley-off oyunları düşündürür".