Aleksandr İaşvili: Qəbələ yaxşı komandadır, amma biz güzəştə getməyi düşünmürük
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun yarımmüdafiəçisi Aleksandr İaşvili Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi yerli jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- "Qəbələ" ilə oyun sizin üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki yenidən yerli klubun şərəfini qorumağa qərar vermisiniz...
- Əlbəttə, mənim üçün vacib oyundur. 18 ildən sonra həmişə ürəyimdə olan, bundan sonra da olacaq komandaya dönmüşəm. Püşk bizə güclü rəqib çıxardı. "Qəbələ" yaxşı komandadır. Amam biz onlara güzəştə getməyə hazırlaşmırıq.
- Siz Azərbaycanda oynamısınız və bu ölkəni, futbolunu yaxşı tanıyırsınız...
- Ötən il Azərbaycan çempionatında çıxış etmişəm. Bu ölkəni bir ildir tərk etmişəm. Amma orada ciddi nəyinsə dəyişdiyini deməzdim. Orada yenə də legionerlərə üstünlük verirlər. Biz isə öz oyunumuzu göstərməliyik. Rəqibin güclü və zəif cəhətləri barədə yox, öz oyunumuz haqda düşünməliyik.
- "Dinamo"ya tam uyğunlaşdığınızı demək olar?
- Hələ yox. Amma buna mümkün qədər tez nail olmaq istəyirəm. İndiki "Dinamo" çox yaxşı koamndadır, gəncdir, effektlidir. Yaxşı məşqçimiz də var.
- Hazırda optimal formada olduğunuzu demək olar?
- Özümü yaxşı hiss edirəm. Qalan hər şeyi rəsmi oyunlar göstərəcək.
- "Dinamo"nun əksər futbolçularında təcrübə çatışmazlığı var...
- "Dinamo" bütövlükdə gənclərdən qurulmuş komandadır. Amma avrokubok təcrübəsi olan futbolçularımız da var. Əlbəttə, gənclər üzərində məsuliyyət hissi təcrübəlilərlə müqayisədə daha çox təzyiq yarada bilər. Lakin istənilən halda uduzan da, udan da komanda olur. Biz komanda futbolu sərgiləməyi xoşlayırıq.
- "Dinamo"nun Avroliqadakı şanslarını necə qiymətləndirirsiniz?
- Proqnoz verməyəcəyəm. Hələlik, yalnız "Qəbələ" ilə oyunları düşünməliyik.