Mirko Rayçeviç: Neftçinin böyük büdcəsi və çoxlu legioneri var
Çernoqoriyanın "Mladost" klubunun yarımmüdafiəçisi Mirko Rayçeviç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Özümüzə inanırıq. Yaxşı nəticə qazanmaq istəyirik. Bizə kifayət qədər güclü rəqib qismət olub. Rəqibə hörmət etsək də, özümüzə də inanırıq. Əla heyətimiz var. Kollektivdə gözəl atmosfer hökm sürür ki, bu da çox vacibdir. "Neftçi"nin böyük büdcəsi var. Heyətində İspaniya və Braziliyadan olmaqla çoxlu legioner var. Onlar həmçinin son mövsümdə Azərbaycan çempionatının bombardirlərindən biri olan Qurbanovu transfer ediblər. Mümkündür ki, "Neftçi" hazırda pik formada deyil. Çünki komandada çoxlu yeni futbolçu var".