Xəzər Lənkəranın rəqiblərindən biri müəyyənləşdi
2 iyul 2015 15:00
"Xəzər Lənkəran" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərindən birini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, cənub klubu Türkiyə "Kayserispor"u ilə qarşılaşacaq.
Sözügedən komanda ilə oyun iyulun 8-də baş tutacaq.
Qeyd edək ki, "ağ-yaşıllar" qardaş ölkədə bütövlükdə beş yoxlama görüşü keçirməyi planlaşdırır.