Antalyaspor Ağayevə görə əlcəzairli qapıçıdan imtina etdi
2 iyul 2015 14:15
Türkiyənin "Antalyaspor" klubunun Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevi transfer edəcəyinə dair ehtimallar özünü doğrultmağa çox yaxındır. Azerisport.az xəbə verir ki, sözügedən klub Əlcəzair yığmasının qolkiperi Raisa M`Bolini heyətinə qatmaq üçün çalışırmış.
Amma Kamran Ağayev variantı yaranandan sonra türklər əlcəzairlidən imtina ediblər. Hazırda Ağayevlə Türkiyə klubu arasındakı danışıqlar davam edir. Bütün məsələlərdə razılıq əldə olunsa, "Antalyaspor" millimizin qolkiperi ilə 2 illik müqavilə imzalaya bilər.