Fotoreportaj|Video|На русском

Futbol

Azərbaycan üçün Avropa Liqası həyəcanı başlayır

2 iyul 2015 00:05

Bu gün UEFA Avropa Liqasında 2015/16 mövsümünə start verilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm də üç klub təmsil edir.

Bunlar son mövsüm Premyer Liqada müvafiq olaraq 2-ci, 3-cü və 4-cü yerləri tutmuş "İnter", "Qəbələ" və "Neftçi"dir. Təmsilçilərimizin hamısı mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq.

"İnter"in ilk rəqibi Albaniyanın "Laçi" klubudur. Bu komanda azarkeşlərimiz üçün o qədər də tanış rəqib deyil. 1960-cı ildə yaradılmış 55 yaşlı klubun elə də böyük uğurları yoxdur. Komanda son mövsümdə Albaniya kubokunu qazanaraq, Avroliqaya vəsiqə qazanıb. Çempionatda isə bu komanda 5-ci olub. "Laçi" 2012/13 mövsümündə də Albaniya kubokunu qazanıb. Əvəzində bu klub heç vaxt Albaniya çempionu ola bilməyib. Çempionatda baş tutan 36 görüşün 20-də qalib gəlmiş "Laçi" 9 dəfə heç-heçə edib, 7-də uduzub. Rəqib qapılarına 46 dəfə yol tapan komanda özü 19 dəfə məyus olub. "Laçi" avrokuboklarda da heç bir uğur sahibi deyil. Belə ki, komanda beynəlxalq arenada heç vaxt qələbə qazana bilməyib. Baxmayaraq ki, Albaniya təmsilçisi bir dəfə mərhələ keçə bilib. Bu, son mövsümdə Sloveniya "Rudar"ı ilə görüşdə baş verib. Penalti seriyasında bu komandanı üstələyən "Laçi" arından Luqansk "Zarya"sına (Ukrayna) uduzmuşdu.

Rəqibindən fərqli olaraq, "İnter"in avrokuboklarda həm təcrübəsi, həm də uğurları çoxdur. Amma son dövrlər paytaxt klubunda baş verənlər uğura inamı bir qədər azaldıb. Maliyyə problemlərindən əziyyət çəkən, aparıcı futbolçularını itirən, hazırda gənclərin və karyerasının qürub çağını yaşayan oyunçuların ümidinə qalan komandamız mərhələ keçmək üçün çox əziyyət çəkəcək. İlk oyunu səfərdə keçirəcək təmsilçimiz Albaniyadan sərfəli nəticə ilə qayıtmağa borcludur. Yalnız belə olan halda Bakıdakı cavab görüşündə uğurlu sonluğa ümid etmək olar.

Digər paytaxt təmsilçisi "Neftçi"nin rəqibi Çernoqoriya "Mladost"udur. 1950-ci ildə yaradılmış 65 yaşlı klub Podqoritsa şəhərinin təmsilçisidir. Son mövsümdə bu komanda Çernoqoriya çempionatının 4-cüsü olub. 33 turda 16 qələbə qazanan komanda 9 dəfə heç-heçə edib, 8 oyunda məğlub olub. Rəqib qapılarından 53 top keçirən podqoritsalılar 36 dəfə öz qapılarında qol görüblər. "Mladost" Avroliqada oynamaq hüququna Çernoqoriya kubokunu qazanmaqla sahib çıxıb. Paytaxt klubu bundan öncə avrokuboklarda cəmi bir dəfə iştirak edib. İki il əvvələ təsadüf edən həmin çıxışı zamanı Avroliqanın birinci təsnifat mərhələsində Macarıstan "Videoton"una qalib gələn "Mladost" ardından turnirin qalibi "Sevilya"ya (İspaniya) boyun əyib.

"Ağ-qaralar" əvvəlki əzəmətini qorusaydı, bu rəqibini asanlıqla keçəcəyini demək olardı. Amma təəssüf ki, "İnter" kimi, "Neftçi" də hazırda çətin günlərini yaşamaqdadır. Samir Əliyevin ümidinə qalan komandanın heyətində də çoxlu dəyişiklik olub. Amma bu, paytaxt klubunun elə ilk mərhələdəcə mübarizəni dayandırmasına əsas verməməlidir. Düzdür, Avroliqadakı digər iki təmsilçimizdən fərqli, "Neftçi" ilk matçını evdə keçirəcək. Elə bu üzdən də bakılılar maksimum güc sərf etməklə cütün taleyini məhz ilk matçda həll etməyə çalışmalıdır. Belə olan halda "ağ-qaralar" səfər matçına bir qədər arxayın yollana bilərlər.

"Qəbələ"ni isə qonşu ölkə təmsilçisi - Tiflis "Dinamo"su (Gürcüstan) ilə duel gözləyir. "İnter"lə "Neftçi"nin rəqiblərindən fərqli olaraq, gürcü klubunun xüsusi təqdimata ehtiyacı yoxdur. Gürcüstan futbolunun flaqmanı hələ Sovet dönəmində də ən güclü komandalardan biri hesab olunurdu. Tiflis təmsilçisi avrokubokların qrup mərhələsində çıxış etmiş ilk Qafqaz klubudur. Bu, 2004-cü ildə baş verib. "Dinamo" son mövsümdə Gürcüstan çempionatında ikinci yeri tutub. Komanda çempion "Dila"dan 6 xal geri qalıb. Keçirdiyi 30 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edən paytaxt klubu 6 dəfə meydanı məğlub tərk edib. Mövsümün ən çox qol vuran (56) komandası ünvanına sahib çıxan tiflislilər öz qapılarında 28 top görüblər.

Avroliqadakı təmsilçilərimiz arasında ən sanballısı hesab olunan "Qəbələ" mərhələ adlamağa da real namizədlərdən sayıla bilər. Düzdür, bu klubun avrokuboklarda elə də böyük təcrübəsi yoxdur. İlk dəfə ötən mövsüm qitə arenasına çıxan komandamız elə ilk cəhdindəcə uduzaraq, mübarizəni dayandırmışdı. Amma Roman Qriqorçukun rəhbərliyi altında daha da inamlı təsir bağışlayan, yayda xeyli ciddi transferə imza atan bölgə təmsilçisi adlı-sanlı rəqibindən çəkinməməlidir. İlk matçın səfərdə keçirilməsi də "Qəbələ"nin mərhələ keçirmək şansını artıran məqamlardan sayıla bilər.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 28-ci pillədədir və hesabında 10.500 reytinq xalı var.

Klublarımıza gəlincə, "Neftçi" 8.850 xalla klub sıralamasında Avropanın 158-ci komandasıdır. "İnter" isə 3.850 reytinq xalı ilə 283-cü, "Qəbələ" isə 2,600 balla 346-cıdır. Təmsilçilərimizin rəqibləri arasında ən yaxşı reytinq təbii ki, Tiflis "Dinamo"suna məxsusdur - 5.750 xalla 217-ci yer. "Mladost" 2.025 xalla 371-ci, 1.900 xalla 379-cudur.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(İlk oyunlar)
2 iyul

20:30. "Laçi" - "İnter"
Baş hakim: Karlos del Kerro (İspaniya).
Baş hakimin köməkçiləri: Xuan Yuste, Abraham Alvares Kanton (hər ikisi İspaniya).
Ehtiyat hakim: Vikandi Qarrido (İspaniya).
UEFA nümayəndəsi: Mixail Anaqnostu (Yunanıstan).
Hakim-inspektor: Uno Tutk (Estoniya).
Laçi. "Laçi" stadionu.

21:00. "Dinamo" - "Qəbələ
Baş hakim: Roy Reynşreyber (İsrail).
Baş hakimin köməkçiləri: David Elias Biton, İdan Yarkoni (hər ikisi İsrail).
Ehtiyat hakim: Zvi Levi (İsrail).
UEFA nümayəndəsi: Georgi Fantaros (Yunanıstan).
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə).
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu.

21:00. "Neftçi" - "Mladost"
Baş hakim: Ali Palabıyık (Türkiyə).
Baş hakimin köməkçiləri: Cem Satman, Ceyhun  Səsigözəl (hər ikisi Türkiyə).
Ehtiyat hakim: Hakan Ceylan (Türkiyə).
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
Bakı. "Bakcell Arena".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah