Elşən Abdullayev: Sabah vahid komanda olaraq yaxşı oyun göstərməliyik
1 iyul 2015 21:30
"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev Avropa Liqasının sabah baş tutacaq birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın üzvü bu gün baş tutan mətbuat konfransında bunları qeyd edib:
"Hazırda heyətimizdə təcrübəli futbolçular azdır. Buna baxmayaraq, bir-birimizə inanırıq. Sabah vahid komanda olaraq yaxşı oyun göstərməyə çalışacağıq. Yeni sistemimiz sabah özünü yaxşı tərəfdən göstərməlidir".