Rəhman Hacıyev: Neftçi çox dəyişib
1 iyul 2015 21:00
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Avropa Liqasının sabah baş tutacaq birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın üzvü bu gün baş tutan mətbuat konfransında bunları qeyd edib:
"Komandamız çox dəyişib. Hər şeyə sıfırdan başlamışıq. Yaxşı toplanış keçmişik. Bizi çox vacib oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq".