Çumbinyo Qarabağa qoşuldu
1 iyul 2015 20:00
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, dünən Avstriyanın "Horn" klubu ilə ilk yoxlama oyununa çıxan futbolçular bu gün istirahət ediblər.
Baş məşqçi Qurban Qurbanov 13 günlük aradan sonra futbolçulara istirahət şansı yaradıb. Sabaha isə komandanın 2 məşqi nəzərdə tutulub.
Sentyabr ayında "Sent-Etyenn"lə oyunda zədələnərək sıradan çıxan Çumbinyo da komandanın düşərgəsindədir. Braziliyalı dünən ağdamlıların məskunlaşdığı otelə gəlib.
Qeyd edək ki, "Qarabağ" növbəti yoxlama oyununa iyulun 3-də çıxacaq. Rəqib Ruminiya "Styaua"sı olacaq.