Xəzər Lənkəran braziliyalı və xorvatiyalı oyunçularla güclənə bilər
1 iyul 2015 17:15
"Xəzər Lənkəran" heyətini bir neçə legioner futbolçu ilə gücləndirə bilər. Azerisport.az xəbər verir ki, cənub klubu yaxın günlərdə Türkiyə toplanışına bir neçə futbolçunun gəlməsini gözləyir.
Onların arasında iki braziliyalı və bir xorvatiyalı futbolçu da olacaq. Qanadan da iki futbolçunun baxışa gəlməsi gözlənilir. Sadəcə, afrikalıların viza problemini yoluna qoyması da lazımdır.