Aleksandr Miliç: Ümid edirəm ki, Bakıdakı oyunda bizdə hər şey alınacaq
1 iyul 2015 16:45
Çernoqoriyanın "Mladost" klubunun müdafiəçisi Aleksandr Miliç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Çətin oyun olacağını bilirik. Amma güzəştə getməyəcəyik. Bizə səfər oyununda sərfəli nəticə qazanmaq lazımdır. Çünki cavab matçını evdə keçirəcəyik. Cavab görüşündə uğura ümid etmək üçün də səfərdən müsbət nəticə ilə qayıtmağımız şərtdir. Ümid edirəm ki, Bakıdakı oyunda bizdə hər şey alınacaq".