Vitali Borisov: Azərbaycan üçün Çexiya və Türkiyə ilə düşmək ideal olardı
1 iyul 2015 13:20
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov sabah atılacaq DÇ-2016-nın seçmə mərhələsinin püşkü öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, Çexiya və Türkiyə ilə düşərik. Bizim üçün bu, ideal variant olardı. İstənilən halda seçmə mərhələ bizim üçün asan olmayacaq. Dünya çempionatına birbaşa vəsiqə qazanmaq üçün seçmə mərhələdə qrup qalibi olmağımız arzuolunandır. Əks halda ikinci olmalıyıq ki, pley-off oyunlarında qalib gələrək, mundiala vəsiqə qazanaq. Püşkün bizə kimləri qismət edəcəyini tezliklə biləcəyik".