Ayntraxt Emil Balayevsiz başladı
1 iyul 2015 13:00
Almaniyanın "Ayntraxt" klubu bu gün yeni mövsümün hazırlığına başlayır. Azerisport.az xəbər verir ki, yeni mövsümdə Armin Fenin çalışdıracağı komanda hazırlığıa Azərbaycan yığmasının qapıçısı Emil Balayevsiz başlayacaq.
Buna səbəb Emilin və daha bir neçə komanda yoldaşının Bundesliqa başa çatdıqdan sonra milli komandanın düşərgəsində olmasıdır. Ona görə də onlara əlavə bir neçə gün istirahət etməyə icazə verilib. Yaxın günlərdə digər futbolçular kimi, Emil də "Ayntraxt"ın düşərgəsinə yollanacaq.