Super Liqa klubu Kamran Ağayevə müqavilə təklif etdi
1 iyul 2015 11:20
Azərbaycan yığmasıın qapıçısı Kamran Ağayevlə iki Türkiyə klubu maraqlanır. Azerisport.az xəbər verir ki, bunlardan biri Super Liqa təmsilçisi "Antalyaspor", digəri isə PTT 1-ci liqada çıxış edən "Adana Dəmirspor"dur.
Hazırda hər iki klubla danışıqlar davam etdirilir.
Qeyd edək ki, Kamran son mövsümdə "Kayserispor"da çıxış edib.