Fotoreportaj|Video|На русском

Futbol

Qriqorçuk: Gürcülərin Dinamoya Qəbələ haqda geniş bilgi verəcəyindən qorxmurduq

1 iyul 2015 00:35

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk Avropa Liqası oyunlarına hazırlıq, yoxlama oyunları, yeni transferlər və başqa məqamlardan danışıb. Azerisport.az xəbər verir ki, "Qəbələ İK" qəzetinə müsahibəsində baş məşqçi öncə komandasının növbəti mövsümə hazırlığından söz açıb.

- Toplanışda kompleks şəkildə hazırlaşdıq. Millinin futbolçularına istirahət verdiyimizdən, toplanışda iştirak etmədilər. Türkiyədə tam heyətlə hazırlaşmasaq da, gileylənə bilmərik. Çünki hazırlıq bizim üçün, həqiqətən, yaxşı keçdi. Mövsümün əvvəli olduğundan fiziki hazırlığa xüsusi diqqət yetirdik. Ərzurum hazırlığı dövründə güclü komanda tapmağın çətin olduğunu əvvəlcədən bilirdik. Çünki iyun ayında əksər komandalar istirahətdə olur. Əslində, həmin dövrdə güclü rəqiblərə ehtiyac da yox idi. Sadəcə, oynamağımız lazım idi. Bu baxımdan, hesab edirəm ki, Ərzurum təmsilçiləri ilə matçlar faydalı oldu. Çünki istənilən halda, hər bir oyun məşqdən fərqlənir və daha faydalıdır.

- Ərzurum hazırlığından sonra Qəbələdə Gürcüstan klubu ilə yoxlama oyunu keçirmək istədiyinizi demişdiniz. Bu variant Tiflis “Dinamo”su bizə Avroliqada rəqib düşəndən sonra arxa plana keçdi?
- Xeyr. Püşkdən sonra da bunu çox istəyirdim və oynamağa hazır idik. Hətta gürcülərin “Dinamo”ya “Qəbələ” haqda geniş məlumat verəcəyindən də qorxmurduq. Onsuz da elə dövrdə yaşayırıq ki, hansısa komanda barədə informasiya toplamaq çətin deyil. Sadəcə, Gürcüstan komandalarından biri ilə yoxlama matçı keçirmək planı baş tutmadı. Vaxt azlığından xaricə səfər edə bilmədik.

- Bəs “İnter”i seçərkən, komandanın heyətində gürcü futbolçuların olması, kollektivə isə Tiflis “Dinamo”sunun sabiq futbolçusu Zaur Svanadzenin başçılıq etməsi nə dərəcədə rol oynadı?
- “İnter”i Qəbələyə dəvət edərkən, dediyiniz bu faktlara əsaslandığımızı deyə bilmərəm. Sadəcə, Bakı komandasını ciddi rəqib saydığımızdan, onlarla sınaq matçı keçirmək qərarına gəldik. Yaxşı oyun təcrübəsi qazandığımızdan, üç gün sonra onlarla Qəbələdə daha bir sınaq görüşü keçriməyi lazım bildik. Hərçənd, 2-ci sınaq oyununu “İnter”lə keçirməyi planlaşdırmamışdıq. Sadəcə, bu komanda ən münasib, ən maraqlı variant oldu. Hər halda, indiki vaxtda Qəbələyə “İnter”dən güclü komanda gətirmək asan deyil. Rəqib də Avroliqaya hazırlaşdığından, maraqlarımız üst-üstə düşdü. “Dinamo”yla oyunlar öncəsi “İnter”lə matçlar bizim üçün faydalı oldu. Hərçənd, bu komanda ilə çempionatda daha 4 dəfə oynayacağıq (gülür).

- Püşkün nəticəsindən razısınızmı? Tiflis “Dinamo”sunu necə dəyərləndirərdiniz?
- Tiflis “Dinamo”su Gürcüstan futbolunda brenddir. Çox böyük ada, ənənəyə, tarixə malikdir. “Dinamo” futbolda böyük uğurlar qazanıb. Həmişə maraqlı oyun göstərib və bütün azarkeşlər tərəfindən bəyənilib. “Dinamo”dan vaxtilə çoxlu ulduz futbolçu çıxıb. Bütün bunların çox əhəmiyyətli olduğunu bilirik və rəqibə böyük hörmət bəsləyirik. Ancaq idmanda tarixlə yanaşı, indiki dövr də önəmlidir. Hazırkı “Dinamo”nun imkanlarını saf-çürük etmişik. Bunun üçün yetərincə vaxt və informasiya mənbələri tapdıq. Belə ciddi rəqibə üstün gəlmək üçün onu çox yaxşı tanımağın lazım olduğunu bilirik.

- Maraqlıdır, Tiflis “Dinamo”suna nə vaxtsa rəqib olmusunuz?
- Yox. Bu, Tiflis komandası ilə ilk rəsmi görüşüm olacaq. Futbol oynadığım dövrdə, SSRİ vaxtında Gürcüstan klublarıyla yoldaşlıq görüşlərimiz çox olub. Bunlar arasında Tiflis “Dinamo”su da vardı.

- Sizcə, ilk oyunu səfərdə keçirməyiniz əlavə üstünlük verir?
- Bunda heç bir üstünlük görmürəm. Şəxsi təcrübəmdən misal çəkim. “Çernomorets”lə Avroliqanın qrup mərhələsinə düşəndə və ardınca 1/16 finala çıxanda bütün oyunları ilk olaraq evdə keçirdik. Ancaq bu, mərhələ keçməyimizə mane olmurdu. Məsələn, “Srvena Zvezda” kimi güclü rəqiblə evdə oynayandan sonda bizdə özünəinam xeyli artdı. Belqraddakı cavab matçında komandamla fəxr edirdim. Evdə cavab oyununun 90 yox, 120 dəqiqə davam etməsi mümkündür və bu zaman azarkeş dəstəyi kömək olur. Ancaq digər tərəfdən, həmin 30 dəqiqədə qol buraxsan, 2 qol vurmalısan.

- Yeni transferlər, onların hazırlıq səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Əvvəla, onların sınaqdan keçməsi prosesi hələ tam başa çatmayıb, bir müddət çəkəcək. Çünki komandaya nə qədər yüksək səviyyəli futbolçu gəlsə belə, onlara anlaşma, adaptasiya üçün vaxt lazımdır. Hər halda, onları komandaya götürməzdən öncə uzun müddət götür-qoy etmişdik. Yeni futbolçularla çalışdığımız müddətdə hər şey müsbətdir.

- Heyətin komplektləşdirilməsi başa çatdı, yoxsa...
- Daha bir transfer nəzərdə tutulub. Növbəti mərhələyə keçsək, Balkan təmsilçisi ilə qarşılaşacağıq. Əlbəttə, çox çətin olacaq. Həm Sloveniyanın “Domjale”, həm də Serbiyanın “Çukariçki” klubu çox ciddi rəqiblərdir. Avrokuboklarda böyük təcrübəyə malikdirlər. Keçmiş Yuqoslaviya futbol ölkəsi kimi tanınır. Ona görə də, bizə daha bir mövqedə futbolçu lazımdır.

- Deyə bilərsinizmi hansı mövqeyə?
- Hücumameylli yarımmüdafi əçi istəyirik. George Floreskunun yarımmüdafiənin mərkəzinə gəlişindən sonra bizə hücumameylli futbolçu lazımdır. O, universal olmalı, həm oyun qurucusu mövqeyində, həm də cinahlarda oynamağı bacarmalıdır. Həmin futbolçu bizə uyğun gələn səviyyədə olmalı, real rəqabət yaratmalı, komandanı gücləndirməlidir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah