Azərbaycanın rəqibi baş məşqçisiz qaldı
30 iyun 2015 17:45
Azərbaycanın gənclərdən ibarət yığma komandasının AÇ-2017-nin seçmə mərhələsi çərçivəsindəki rəqibi Almaniya baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, bu postda çalışan Horst Hrubeş istefa verib.
Buna səbəb Çexiyada keçirilən AÇ-2015-də Almaniyanın gənclər yığmasının Portuqaliyaya 0:5 hesablı məğlubiyyətidir.
Bu üzdən də Almaniya yığması yeni seçmə mərhələyə yeni baş məşqçi ilə başlamalı olacaq.