Marko Mariç: Qarabağ favorit olsa da, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Marko Mariç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı mübarizə aparmaq məcburiyyətində qalmalarından məmnun olmadığını dilə gətirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Rəqibimiz güclüdür. Üstəlik, ora getmək də problemdir. Bizim hər avromuzu saydığımız bir vəziyyətdə Azərbaycana getmək heç də yerinə düşmür. "Qarabağ"ın çox yaxşı heyəti var. Komandada dörd braziliyalı, ispaniyalı, mərakeşli, albaniyalı, bosniyalı legionerlər var. Ötən il Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Milan "İnter"i ilə, Avroliqanın finalçısı "Dnepr"lə baş-başa mübarizə aparıblar. Düzdür, onlar cütün favoritidirlər. Amma biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".