Dani Kintana komanda ilə birgə məşqləri bərpa etdi
30 iyun 2015 16:15
"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq 10 gündür Avstriya - Almaniya sərhəddindəki Kössen qəsəbəsində təlim-məşq toplanışında olan komanda ötən günü tək çalışmayla keçirib.
"Qarabağ" günün yeganə çalışmasına ənəni vaxtda – 18:45-də (Azərbaycan vaxtıyla 21:45) başlayıb. Komanda üzvləri daha çox texniki-taktiki çalışmalar yerinə yetirib. Məşq 1 saat 40 dəqiqə davam edib. Yüngül zədəsi olan Dani Kintana da ötən gün baş tutan məşqdə komandayla birgə çalışıb.
Qeyd edək ki, Ağdam klubu bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq. Komanda Kössen qəsəbə stadionunda Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq. Oyun Bakı vaxtıyla 20:45-də start götürəcək.