İnterin Laçi ilə cavab matçının da start saatı müəyyənləşdi
30 iyun 2015 16:00
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq "İnter"in bu komanda ilə cavab görüşünün də başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bakıda, "İnter Arena"da keçiriləcək cavab görüşü iyulun 9-da baş tutacaq və yerli vaxtla saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu komandaların ilk görüşü iyulun 2-də səfərdə, "Laçi" stadionunda keçiriləcək. İlk matçın start fiti saat 20:30-da səslənəcək.