Fəhmin Muradbəyli: Avropa Liqasında tam fərqli Neftçi görəcəksiniz
"Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli komandasının Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə oyunlardakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avstriyada üç yoxlama oyunu keçirdik. İlk və sonuncu oyunlarımız arasında çox böyük fərq vardı. Məşqçilər korpusu bizə yeni oyun taktikasını izah etdi. Hazırlıq zamanı bu taktikanı yaxşı mənimsəməyə çalışdıq. Öz üzərimizdə işləməyə davam etsək, hər şey yaxşı olacaq. Gündə iki dəfə intensiv məşq edirdik. Allah eləsin ki, "Mladost"a doğma meydanda qalib gələk. İnanıram ki, birinci mərhələni keçəcəyik. Hər şey özümüzən asılıdır. Düzdür, heyətimiz gənclərdən qurulub. Amma bu, "Mladost"u keçməyimizə əngəl sayıla bilməz. Avropa Liqasında tam fərqli "Neftçi" görəcəksiniz".