Qarabağ - Rudar matçının başlama saatı açıqlandı
30 iyun 2015 14:15
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın Çernoqoriya "Rudar"ı ilə ilk matçın başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu görüş iyulun 15-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qarşılaşma yerli vaxtla saat 21:30-da start götürəcək.