İnter Albaniyaya yollandı
30 iyun 2015 12:15
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq Bakı "İnter"i sözügedən ölkəyə yollanıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq Albaniyadadır.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun iyulun 2-də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.