Laçi - İnter matçının hakimi bəlli oldu
30 iyun 2015 11:45
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"lə Albaniyanın "Laçi" klubu arasındakı ilk oyunun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, Laçidə baş tutacaq ilk qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını isə Karlos del Kerro həyata keçirəcək.
Qeyd edək ki, Laçidə eyniadlı stadionda keçiriləcək "Laçi" - "İnter" oyunu iyulun 2-də, saat 20:30-da start götürəcək.