Dinamo - Qəbələ matçının hakimi bəlli oldu
30 iyun 2015 11:15
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstanın "Dinamo" (Tiflis) klubu arasındakı ilk oyunun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, Tiflisdə baş tutacaq ilk qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını isə Roy Reynşreyber həyata keçirəcək.
Qeyd edək ki, Tiflisdəki Boris Payçadze adına stadionunda keçiriləcək "Dinamo" - "Qəbələ" oyunu iyulun 2-də, saat 21:00-da start götürəcək.