Naci Şensoy: İnter Laçini keçəcək
"Turan"ın, eləcə də Albaniyanın "Bilis" və "Kukesi" klublarının sabiq baş məşqçisi Naci Şensoy Bakı "İnter"inin Avropa Liqasının birinci təsnifat mərhələsindəki şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında 57 yaşlı mütəxəssis təmsilçimizin rəqibi olan Albaniyanın "Laçi" klubu ilə bağlı bunları söyləyib:
"İki il əvvəl "Laçi" ilə Albaniya Kubokunun finalında qarşılaşmışdıq. Geridə qalan müddətdə bu klubda çox dəyişiklik olub. İstənilən halda bu komanda son mövsümdə Albaniyanın beşincisi olub. Ona görə də "İnter"ə asan olmayacaq. Buna baxmayaraq, bakılılar bu komandanı keçəcəklər. Ümid edirəm ki, hakimlər bu komandaların oyununa nəzarəti əldə saxlayacaqlar. Bunu ona görə deyirəm ki, "Laçi" aqressiv futbol oynayır, xüsusilə dəevdə. Bu, azarkeşlərə də təsirsiz ötüşmür. Ona görə də həm "İnter", həm də hakimlər maksimum diqqətli olmalıdırlar".