Xəzər Lənkəranın sabiq üzvü Türkiyə klubunda
30 iyun 2015 01:20
"Xəzər Lənkəran"ın sabiq hücumçusu Alfred Sanko özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, syerra-leoneli futbolçu bundan sonra karyerasını Türkiyədə davam etdirəcək.
O, qardaş ölkənin "Balıkəsirspor" klubuna keçib. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Sanko "Xəzər Lənkəran"a ötən yay keçmişdi.