Zaur Axundov: Araz UEFA Kubokunda iştirak etməyə hazır idi, amma...
29 iyun 2015 18:40
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov UEFA Kubokunun yeni mövsümündə heç bir təmsilçimizin olmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İyulun 2-də dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirləcək. Həmin gün turnirin ev sahibi də müəyyənləşəcək. Bildiyiniz kimi, biz də bununla bağlı müraciət etmişik və seçmə mərhələ oyunlarını dekabrda Bakıda keçirmək istəyirik.
UEFA Kubokuna heç bir təmsilçimizin buraxılmamasına gəlincə, "Xəzər adaları" və "Fənər" maliyyə problemlərinə görə, bu turnirdə iştirakdan imtina etdi. "Araz" ölkəmizi təmsil etməyə hazır idi. Amma UEFA buna razılıq vermədi. Buna görə heç nə edə bilmərik. Növbəti mövsümü gözləməli olacağıq".