Neftçi - Mladost matçının biletləri satışa çıxarıldı
29 iyun 2015 18:20
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" (Çernoqoriya) matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletlər "Bakcell Arena"nın kassalarında satılır.
Azarkeşlər, VİP, ailəvi (3A) və digər sektorlara bilet almaqla matçı izləyə biləcəklər.
VİP sektorlara 1 biletin qiyməti -10 manat
3B sektoruna 1 biletin qiyməti - 2 manat
Digər sektorlara 1 biletin qiyməti - 1 manat