Xəzər Lənkəran Türkiyə toplanışına start verdi
29 iyun 2015 17:00
Yeni mövsümün hazırlığı üçün qardaş ölkə Türkiyəyə yola düşən “Xəzər Lənkəran” artıq seçdiyi məkandadır. Azerisport.az xəbər verir ki, dünəndən etibarən komanda Nevşehir bölgəsində məskunlaşıb və axşam saatlarında yol yorğunluğu nəzərə alınaraq 45 dəqiqəlik yüngül məşqlə günü tamamlayıb.
Bu gün isə Bakı vaxtı ilə saat 13:00-da “Xəzər Lənkəran” səhər məşqini keçirərək fiziki çalışmaları yerinə yetirib. Axşam daha bir məşq keçirəcək komandanın toplanışında hazırda 17 futbolçu iştirak edir.