Elvin Yunuszadə: Qarabağ Rudarı keçə bilər
29 iyun 2015 15:40
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirəcəkləri oyunlar ərəfəsində şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məşqlərimiz pis keçmir. Əlbəttə, müəyyən çatışmazlıqlar var. Amma Allah eləsin ki, ilk oyuna qədər onları aradan qaldıraq. "Rudar"la oyuna çox ciddi hazırlaşırıq. Şübhəsiz ki, çətin olacaq. Amma biz onları keçə bilərik".