Erat Fortunada növbəti matça çıxdı
29 iyun 2015 15:20
Almaniyanın "Fortuna" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Düsseldorf təmsilçisi regional liqada çıxış edən "Veqberq-Bek"lə qarşılaşıb.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası zəif rəqibi ilə bacarmayıb - 1:1. Millimizin üzvü birinci hissədə oynasa da, fasilədə əvəzlənib.