Azərbaycan şirkəti Latsioya sponsorluq edə bilər
İtaliyanın "Latsio" klubuna Azərbaycan şirkəti sponsorluq edə bilər. Azerisport.az xəbər verir ki, növbəti belə iddia ilə sözügedən ölkənin məşhur "Corierre dello Sport" nəşri çıxış edib.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov da bu məlumatı təsdiq edib. O, doğrudan da hazırda bu yöndə danışıqların davam etdiyini söyləyib.
"Azərbaycan şirkətlərindən biri doğrudan da "Latsio" ilə danışıq aparır. Amma məndə daha ətraflı məlumat yoxdur. Sadəcə, onu deyə bilərəm ki, futbol Azərbaycanda ən vacib idman növlərindən biridir. Futbola böyük sevgi və həvəslə yanaşırıq".
Xatırladaq ki, "Latsio"ya Azərbaycan şirkətinin sponsorluq məsələsi hələ bu ilin mart ayında gündəmə gəlmişdi. Həmin vaxt belə bir iddia ilə "Gazzetta dello Sport" çıxış etmişdi. Lakin o vaxt bu xəbər rəsmi təsdiqini tapmamışdı.