Neftçi Nforu Avroliqa üçün sifariş edə bilmir
29 iyun 2015 13:30
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" hücumçu Ernest Nforla bağlı problemini yoluna qoya bilmir. Azerisport.az xəbər verir ki, kamerunlu hücumçu ilə 2+1 şərti ilə müqaviləsi olmasına baxmayaraq, paytaxt klubu onu Avroliqa üçün iştirak ərizəsinə daxil edə bilmir.
Hazırda tərəflər bu problemi aradan qaldırmaq üçün danışıqları davam etdirirlər. Lakin müqavilədəki bir müddəa ilə bağlı razılığa gəlmək mümkün deyil. Klubdan həmin problemin nə olduğu dəqiq açıqlanmır.