PSJ Balayevə Ayntraxtda yol aça bilər
29 iyun 2015 12:30
Fransanın PSJ klubu Almaniya "Ayntraxt"ının qapıçısı Kevin Trappı heyətinə qatmağa çox yaxındır. Azerisport.az xəbər verir ki, fransızlar artıq qolkiperin özü ilə bütün şərtlərdə razılığa gəliblər.
Lakin bu keçidlə bağlı yekun söz Frankfurt klubuna məxsusdur. "Ayntraxt" Trappa görə 10 milyon dollar tələb edir. Danışıqların necə yekunlaşacağı dəqiq bilinmir.
Qeyd edək ki, "Ayntraxt"da Azərbaycan yığmasının qapıçısı Emil Balayev də çıxış edir. Kevin Trapp gedəcəyi halda, onun Frankfutr təmsilçisinin əsas heyətinə düşmək şansı daha da arta bilər.